Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Bizim.Media Yuriy Husyev sosial şəbəkədə paylaşım edib.
Paylaşımda “Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” ifadəsi yer alıb.
Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışıb. Səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Bizim.Media