Ukrayna Hərbi Dəniz Qüvvələrinin müvəqqəti işğal olunmuş Krımda Rusiyanın “Bastion” sahil raket kompleksinin mövqelərinə zərbə endirdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, Ukrayna tərəfi “Bastion” kompleksini nadir və bahalı silah sistemi kimi xarakterizə edib.
Bildirilir ki, Rusiya bu kompleksdən “Oniks” və “Sirkon” hipersəs raketləri ilə Ukraynanın cənub bölgələrinə və digər ərazilərinə zərbələr endirmək üçün istifadə edir.
Bizim.Media