Sosial media fenomeni Juliana Nehmenin başına iş gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, artıq çəkili olduğu üçün təyyarəyə buraxılmayıb.
38 yaşlı sosial media fenomeni J.Nehmenin bilet almasına baxmayaraq, ona oturacaq üçün çox böyük olduğu deyilib. Bu səbəbdən ayrı-seçkiliyə məruz qaldığını iddia edən fenomen instaqram hesabında yaşadıqlarını paylaşıb.
“Çəkimə görə ayrı-seçkiliyə məruz qaldım, baş verənlər mənim üçün kabusdur”,-deyə fenomen bildirib.
Səyahət hüququ rədd edilən sosial media fenomeninə minlərlə dəstək mesajı yağıb.
Bizim.Media
