Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Ötən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb.

Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adlarını şərti olaraq Mübariz və Akif kimi təqdim edəcəyik.
 

İş materiallarında qeyd olunub ki, 17 yaşlı zərərçəkmiş sözügedən qardaşların bacısı qızları ilə sevgi münasibətinə olub. Hadisə günü yeniyetmə oğlan onların yaşadığı evin hasarına çıxarkən qızın dayısı Mübariz bunu görüb.


Bərk əsəbiləşən dayı balaca qardaşı Akiflə birgə yeniyetməni tutaraq əl-qolunu kəndirlə bağlayıb. Qardaşlar 1 saat bağlı vəziyyətdə saxladıqları yeniyetməyə qarşı alçaldıcı hərəkətlər edib, döyməklə müxtəlif xəsarətlər yetirib, eyni zamanda tualetdə saxlayıblar.

Bu əməlləri ilə Mübariz və Akif qanunsuz azadlıqdan məhrumetmə cinayəti törətmiş olub. Polis əməkdaşları işə qarışandan sonra onların ikisi də saxlanılıb, məhkəmə hökmünə qədər barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
 

Xaçmaz Rayon Məhkəməsində baxılan işdə qardaşlar əməllərini etiraf edib, özlərini təqsirli bildiklərini deyiblər. Zərərçəkmiş şəxsin də ifadəsi əsasında verilmiş ittiham tam təsdiqini tapıb.


Hökmə əsasən, Akif və Mübarizin hərəsinə 3 il azadlıqdan məhrumetmə cəzası verilib, ikisi də məhkəmə zalında həbs edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi hökmü kiçik qardaş  Akifə münasibətdə dəyişib. Onun cəzası şərtiyə çevrilərək azadlığa buraxılıb.

Məhkəmə qərarı təqsirləndirilən şəxsin səmimi peşmanlığı, xəstəlikdən əziyyət çəkməsi və himayəsində yaşlı valideynlərinin olması ilə əsaslandırıb. Mübarizin şikayəti isə təmin edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

End of content

No more pages to load

RADİO