Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

IV Şuşa Qlobal Media Forumundan geri dönərkən İspaniya-Fransa qarşılaşmasına böyük ekranda baxa bilməyəcəyimdən bir az əhvalım pozulmuşdu. Forumun təsirindən də çıxa bilməmişdim.  

Bu düşüncələrdən beynimdə avtomatik paralel yarandı...

Eyni gündə Amerikada futbol oynanılır, Şuşada informasiya oyununun qaydaları yazılır.

Futbolda qol vurulur, mediada etimad qazanılır.

Dünya Amerikada çempionu müəyyənləşdirir, Şuşada isə həqiqətin ünvanını tanıyır.
 

Getdikcə paralellər çoxalmağa başladı, nəhayət o oldu ki, Şuşa forumu qalib Azərbaycanın öz hekayəsini dünyaya özü danışdığı ZİRVƏdir. 


Bu düşüncələrlə evə çatanda matç 2-0 İspaniyanın xeyrinə bitmişdi.

Tarix bəzən eyni gündə iki fərqli səhnə qurur. Eynilə Amerikadakı matç və Şuşadakı forum kimi.

Bir səhnədə milyonlar topun, digərində isə həqiqətin arxasınca qaçır.

Dünən dünyanın diqqəti iki ünvana bölünmüşdü....



Amerikada futbol üzrə dünya çempionatına və Şuşada IV Qlobal Media Forumuna...

İlk baxışdan bu iki hadisənin bir-biri ilə heç bir əlaqəsi yoxdur.

Amma diqqətlə baxanda onların hər ikisində bir ortaq cəhəti gördüm.

Hər ikisi dünyanın diqqəti uğrunda yarışır.

Amerikada meydanın sahibi FIFA, Şuşada isə həqiqətdir.

Amerikada bir qol milyonları sevindirir, Şuşada bir həqiqət milyonların düşüncəsinə hakim olur. 

Futbolun ən böyük məqsədi qələbə, medianın ən böyük məqsədi etimaddır.

Hamımız bilirik, qələbə olmadan çempion olmur, etimad olmadan güvən olmur. 
 

İnternet resurslarından xəbər tuturdum ki, Amerikada İspan millisinin ən gənc üzvü Yamal Fransa səddini yarır.


Şuşada da Azərbaycan illərlə qurulmuş dezinformasiya divarlarını dağıtmışdı.

Özümdən asılı olmayaraq Fransa səddi ilə dezinformasiya divarları arasında çox oxşarlıq, bənzərlik hiss etdim.

Bir vaxtlar Şuşa haqqında başqaları danışırdı. Şuşadan bizə əcnəbilər torpaq gətirirdi.

İndi Şuşa özü danışır. Şuşada o torpağın sahibi danışır. Şuşadan Azərbaycanın müzəffər sərkərdəsi dünyaya çağırış edir.

Ən böyük dəyişiklik də elə budur.

30 il işğal altında qalan şəhər bu gün dünyanın informasiya gündəmini müəyyənləşdirən məkana çevrilib.

Bu şəhərin azad olunması Azərbaycanın sözünün də azad olunmasına vəsilə olub. 

Dünən Şuşanı görməzdən gələnlər bu gün Şuşaya baxır, ona qulaq asırlar.

Dünən Şuşanı susdurmaq istəyənlər bu gün onun dediklərini sitata çevirirlər. Tarixin ən gözəl qisası da elə budur.

İnformasiya əsrində ən böyük güc inandıra bilməkdir. Kim dünyanı inandıra bilirsə, gündəliyi o, müəyyənləşdirir.

Azərbaycan bunu Şuşadan edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xətt informasiya məkanında da üstünlük qazanır.

Beynəlxalq hüquqa söykənən mövqe, ardıcıl diplomatiya və faktlara əsaslanan siyasət dezinformasiyanın ən güclü cavabıdır.

Arqumenti zəif olanlar böhtana sığınırlar.

Meydanda oyunu alınmayan Mbappe rəqibinin qapıçısını itələməsi kimi...

Bu, acizlikdir.


Şuşa inamın şəhəridir.

IV Şuşa Qlobal Media Forumundan geri dönərkən İspaniya-Fransa qarşılaşmasına böyük ekranda baxa bilməyəcəyimdən bir az əhvalım pozulmuşdu.  Amma yol boyu forumun yaratdığı düşüncələr həmin narahatlığın nə qədər ötəri olduğunu mənə göstərdi.
 

Yeri gəlmişkən, futbola baxanlar yaxşı bilir. Komanda uduzan kimi sosial mediada “yeni mütəxəssislər” yaranır. “Filankəsi niyə meydana buraxmadı?”, “Baş məşqçi oyunu düz oxumadı”, “Başqa əvəzləmə olsaydı, qalib gələrdi” kimi fikirlər paylaşılır.


Aylarla, illərlə həmin komandanı hazırlayan, futbolçularının gücünü, zəifliyini, psixologiyasını və imkanlarını hamıdan yaxşı bilən elə baş məşqçinin özüdür. Baş məşqçi qələbəni “yeni mütəxəssislər”dən qat-qat çox istəyir. Məğlubiyyətin bütün yükünü ilk o daşıyır. 

Azarkeş öz ehtirası üçün danışır.

Forumdan sonra sosial şəbəkələrdə yazılan bəzi şərhləri oxuyanda həmin mənzərə gözümün önünə gəldi. Filankəsi niyə dəvət etdilər, məni niyə etmədilər, filankəs niyə çıxış etdi, başqası niyə etmədi…

Bu paylaşımlar “yeni mütəxəssislər”i xatırlatdı. Hörmətli “yeni mütəxəssislər”, belə beynəlxalq platformaların arxasında aylarla, bəzən illərlə aparılan hazırlıq, onlarla dövlət və media qurumu ilə qurulan əlaqələr, diplomatik hesablamalar və strateji məqsədlər dayanır.
 

Futbolda yaxşı baş məşqçi tək bugünkü oyunu düşünmür. O, növbəti mərhələni, bütün turniri və komandasının gələcəyini hesablayır. Dövlət idarəçiliyində də, beynəlxalq tədbirlərin təşkilində də yanaşma belədir. 


Böyük nəticələr uzaqgörən qərarlarla qazanılır.

Amerikada İspaniya bizə bir həqiqəti göstərdi, hakimin necəliyindən asılı olmayaraq meydanda ən güclü olan qalib gəlir.

Şuşa isə başqa bir həqiqəti göstərdi, informasiya savaşında qalib gəlmək üçün güclü olmaq kifayət etmir, həm də haqlı olmaq lazımdır.

Mən evə çatanda futbol bitmişdi.

Şuşadan yüksələn həqiqətin səsi isə uzun illər eşidiləcək.

Elşad Eyvazlı, “Modern” Media Qrupun direktoru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

End of content

No more pages to load

RADİO