Rusiyanın Çelyabinsk şəhərində yanacaqdoldurma məntəqəsində atışma olub. Belə ki, "Mercedes"in sürücüsü növbəsiz keçmək istəyərkən ona irad bildirən şəxsə travmatik tapançadan atəş açıb və hadisə yerindən qaçıb.
Bizim.Media xəbər verir ki, şahidlər ətrafda çoxlu sayda insanın olduğunu, qonşu avtomobillərdə isə uşaqların oturduğunu bildiriblər.
Polis əməkdaşları daha sonra 26 yaşlı atəş açan şəxsi saxlayıb və ona qarşı cinayət işi başlanılıb.
Bizim.Media