“Ukrayna ildə 20 milyon dron istehsal edəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.
"Dövlətin ildə 1 milyon dron istehsalı planını ilk dəfə açıq şəkildə elan etdiyim vaxtı xatırlayıram. Həm ölkə daxilində, həm də xaricdə buna çoxlu şübhə ilə yanaşılırdı. Lakin indi deyə bilərik ki, biz ildə 10 milyon dron istehsal edirik. 10 milyon, gələcəkdə isə bu rəqəm 20 milyona çatacaq" – deyə Zelenski bildirib.
Bizim.Media