ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün Şərq vaxtı ilə səhər saat 6-da (Bakı vaxtı ilə saat 14:00-da) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana kütləvi zərbələr endirməyə başlayıb. Zərbələr İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanların daha da zəiflədilməsinə yönəlib", - məlumatda qeyd olunub.
Bizim.Media