Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
 

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.


Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Haluk Leventdən səs-küylü etiraflar

Haluk Leventdən səs-küylü etiraflar

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Latviyalı nazirdən rus dili ilə bağlı SƏRT AÇIQLAMA: “Yoxa çıxmalıdır”

Latviyalı nazirdən rus dili ilə bağlı SƏRT AÇIQLAMA: “Yoxa çıxmalıdır”

End of content

No more pages to load

RADİO