Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan biri başa çatıb. Əvvəlcə "Qəbələ" "Zirə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Neftçi" isə "Sumqayıt"ın qonağı olacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
“Qəbələ” – “Zirə” - 1:0
Qol: Ülvi İsgəndərov, 90+3
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
Bizim.Media