ABŞ və İsrailin zərbələri nəticəsində üç mindən çox iranlı həlak olub, onlardan 220-si uşaq, 250-si isə qadındır.
Bizim.Media "RİA Novosti" yə istinadla xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“ABŞ-İsrail zərbələri nəticəsində 125 mindən çox mülki obyekt zərər görüb. Hücumlar zamanı yaşayış binaları, tibb müəssisələri və iqtisadi infrastruktur obyektləri hədəfə alınıb”, - diplomat qeyd edib.
Bizim.Media