İranın Moskvadakı səfiri Kazem Cəlali bəyan edib ki, Tehran ABŞ və İsrail ilə münaqişədən qalib çıxıb.
Bizim.Media xəbər verir ki, onun sözlərini "RİA Novosti" agentliyi sitat gətirib.
Diplomat İranın Ordu Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bu müharibəni qeyri-bərabər adlandırıb.
"Onlar İrana qarşı bütün hərbi potensiallarından istifadə etdilər, lakin nəticə İranın tarixi qələbəsi oldu", — deyə o vurğulayıb.
Cəlali əlavə edib ki, ABŞ və İsrailin hərbi hücumu nəticəsində 220 uşaq və 250 qadın daxil olmaqla, 3 mindən çox mülki şəxs həlak olub. Zərbələr nəticəsində 125,6 min mülki obyekt hədəfə alınıb.
Bizim.Media