BİZİM TƏQVİM: 24 apreldə baş vermiş tarixi hadisələr

1877-ci ilin bu günündə Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı inperiyası ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələnib.

San-Stefano sülh müqaviləsinə (1878 ) əsasən, Rusiya Türkiyənin bir neçə bölgəsini özünə birləşdirib. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bilib.

Bəs, aprelin 24-də daha hansı hadisələr baş verib?

1. 24 aprel 1512-ci ildə IX Osmanlı padşahı və ilk Osmanlı xəlifəsi Sultan Səlim Yavuz taxta çıxdı.

2. 1945-ci ilin bu günü Amerika və Sovet qoşunları Berlinin mühasirəsini başa vuraraq Torqau şəhərində Elba çayı üzərindəki körpüdə görüşdülər. Bu əməliyyat alman qoşunlarını III Reyxin qalan hissəsindən ayırdı və demək olar ki, bütün rabitə vasitələrindən məhrum etdi. 

3. 24 aprel 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində yeni müstəqillik qazanan 29 Afrika və Asiya ölkəsinin bir araya gəldiyi konfrans başa çatdı. Yekun bəyannaməsində müstəmləkəçilik və irqçiliyə son qoyulması tələb olundu.

4. 1957-ci ildən 24 Aprel Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü olaraq qeyd edilir.  

5. Sovet kosmonavtı Vladimir Komarov 24 aprel 1967-ci ildə “Soyuz 1” kosmik gəmisində vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib. V.M.Komarov kosmos missiyası zamanı həyatını itirən ilk kosmonavtdır. 

6. 1980-ci ildə İranda girov saxlanılan 52 Amerika vətəndaşı ölkədəki ABŞ Səfirliyi və hərbçilərinin basqını ilə 24 apreldə xilasetmə əməliyyatı keçirdi, ancaq uğursuz oldu. Qarşıdurma 8 Amerika əsgərinin ölümü ilə nəticələndi.

7. 24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi əksini tapmışdı.

8. 2004-cü ilin 24 aprelində Kiprdə "Annan planı" üçün referendum keçirildi. Planı yunanlar rədd etdiyi üçün həyata keçmədi.

Aprelin 24-də bu şəxsiyyətlər xatırlanır.

1. 24 aprel 1866-cı ildə yazıçı-publisist, maarif xadimi Sultanməcid Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklərin yazılmasında xidmətləri olub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

2.  24 aprel 1902-ci ildə SSRİ Xalq artisti İsmayıl Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

3. 1911-ci ilin bu günündə  Geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971) Ələşrəf Əlizadə anadan olub (1911-1985). 

4. 24 aprel 1941-ci ildə Əməkdar artist Rafiq Hüseynov (1941-2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

5. 24 aprel 2011-ci ildə Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu  (11.11.1921 – 2011) vəfat edib. Cənubi Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib. Təbrizdə ilk şeir kitabı nəşr olunub. 1946-cı ildə sovet Azərbaycanına qayıdıb.


Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

End of content

No more pages to load

RADİO