Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib

Binə qəsəbəsində daşınmaz əmlak bazarında ciddi bahalaşma müşahidə olunur. Qəsəbənin ildən-ilə böyüməsi və əhalinin artması torpaq sahələrinin azalmasına, nəticədə qiymətlərin artmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, "Sitat.info"nun əməkdaşı ərazidə apardığı müşahidələr və maklerlərlə söhbətlər zamanı bu qənaətə gəlib ki, artıq qəsəbənin mərkəz hissəsində ev tikmək üçün torpaq tapmaq olduqca çətindir.

Mövcud sahələrin qiyməti isə xeyli artıb.

Belə ki, mərkəzə yaxın küçələrdə torpağın 1 sotu təxminən 30 min manat təşkil edir. Yolkənarı obyektlər üçün nəzərdə tutulan torpaqların sotu isə 50-70 min manat civarındadır və bu tip sahələr demək olar ki, qalmayıb.

Ev alqı-satqısı ilə məşğul olan Nicat Salmanov bildirir ki, əsas küçələr boyunca çoxsaylı restoran və kafelərin fəaliyyət göstərməsi qiymətlərin artmasına birbaşa təsir edir. Əhali artdıqca xidmət sektoruna tələbat da yüksəlir.

Qəsəbə sakinləri isə qeyd edir ki, Binənin əsas üstünlüklərindən biri şəhərə yaxınlığıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində olan yol vasitəsilə qəsəbənin ən uzaq nöqtəsindən belə şəhər mərkəzinə 15-20 dəqiqəyə çatmaq mümkündür.

Bundan əlavə, qəsəbəyə iki əsas magistral  yol var - beton yol və aeroport yolu ilə rahat gediş-gəliş təmin olunur.

Sakinlərin sözlərinə görə, son dövrlər Xırdalan və Masazır qəsəbələrindən Binəyə köç edənlərin sayı artıb. Buna səbəb kimi şəhərdən həmin qəsəbələrə gedən yollarda nəqliyyat sıxlığı, tıxacların həddindən artıq yaşanmasıdır. 

Ekspertlər hesab edir ki, şəhərin mərkəzində aparılan söküntü işləri də Binədə qiymət artımını sürətləndirən əsas amillərdəndir. Mərkəzdə yaşayan və kompensasiya alan vətəndaşlar daha çox Bakıətrafı qəsəbələrdə fərdi evlərə üstünlük verirlər.

Qiymətlərə gəlincə, Binənin "Sovxoz" adlanan ərazisində 1 otaqlı evlər təxminən 25 min, 2 otaqlı evlər 35-40 min, 3 otaqlı evlər 55-60 min, 4 otaqlı evlər isə 60-65 min manat civarındadır.

Kupçalı evlərə tələbat daha yüksək olduğundan bu kateqoriyada qiymətlər xeyli bahadır: 2 otaqlı evlər 70-75 min, 3 otaqlı evlər 77-80 min, 4 otaqlı evlər isə 105 min manata qədər yüksəlir.

Maklerlərin sözlərinə görə, torpaq sahələri son bir ildə orta hesabla 4-5 min manat bahalaşıb. Hazırda "Sovxoz" ərazisində torpağın 1 sotu 12-15 min manat civarındadır.

Beləliklə, Binə qəsəbəsində artan tələbat, əlverişli yerləşmə və şəhər mərkəzində gedən söküntü prosesi  daşınmaz əmlak bazarında qiymətlər artımının davam etməsinə gətirib çıxarır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

End of content

No more pages to load

RADİO