Müğənni Şəbnəm Tovuzlu qızı Günelin qayda pozuntusuna yol verdiyi videodan danışıb.
Bizim.Media xəbər verir ki, Şəbnəm bu barədə “Səmimi” verilişində açıqlama verib:
“Ad günündən qayıdırdıq. Qırmızı işıqda dayandıq, maşın hərəkət etmirdi. Dedi, ana, kəmərimi taxmışdım, sadəcə o həmişə qolunun altından keçirib taxır. Onun da cəriməsini ödədik. Həmin videonu da mən çəkmişdim, mahnı da trend idi. Uşaqdır, oynayırdı. Onun 21 yaşı var, bu dövrlərdir. O qədər bunu edən sıravi insan var ki. Dedim, qızım, videonu səhifəndə paylaşdın, saytlara maraqlı gəldin”.
Bizim.Media