ABŞ prezidenti Donald Tramp İranı məhv etmək təhdidlərini şərh edərkən bəyan edib ki, onun bütün sözləri yaxşı nəticə verir.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
“Nə deyirəmsə və ya nə edirəmsə, görünür, bu, çox yaxşı nəticə verir”, — deyə o bildirib.
Bundan əvvəl Tramp İranı bir gecədə məhv edəcəyi ilə hədələmişdi. Onun sözlərinə görə, bütün İran sivilizasiyası yaxın gələcəkdə məhv edilə bilər. Tramp hesab edir ki, “47 illik qəsb, korrupsiya və cinayətlər” başa çatacaq.
Bizim.Media