Fransa Senatında Azərbaycan əleyhinə müzakirəyə qarşı petisiya yaradıldı - VİDEO

Bir qrup azərbaycanlı Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq petisiya yaradıb. Belə ki, onlar fransızların ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib. 

Petisiyada qeyd edilir:

“Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən irəli sürülən qətnamə layihəsi sövq etdi, həmin qətnamənin nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin edilib”. 

Bir qrup azərbaycanlı Fransa Senatına və xalqına olan petisiyasında aşağıdakı ittihamları və tələbləri səsləndirib: 

- Dərk etməyə çalışın ki, Ermənistan-Azərbaycan münaqişəsi sizə təqdim ediləndən daha mürəkkəb ziddiyyətlər, milli travmalar və incikliklər toplusudur. Fransanın birtərəfli yanaşma əvəzinə daha balanslaşmış mövqe tutması çox vacibdir. 

- Sonunda münaqişənin təkcə bir deyil, hər iki tərəfin çoxillik acısını, itki hissini və istəklərini diqqətə almağa çalışın. Azərbaycanlıların hüquqları, layiq olduqları anlayış və mərhəmət heç də qarşı tərəfdəkindən az deyil. Yalnız bu halda Fransa bu iki xalq arasında çoxdan gözlənilən sülhün əldə olunmasına töhfə verə bilər. 

- Danışıqlar prosesinə şans verin! Vəziyyəti birtərəfli ittihamlar və sanksiyalarla gərginləşdirməyin! 

- Nəzərə alın ki, Azərbaycana iqtisadi təzyiq siyasəti özü ilə sadə xalq üçün yeni bəlalar və itkilər gətirəcəkdir. Və, birmənalı şəkildə, bu cür hədəqorxular sülhə nail olmağa zəmin yaratmır. 
Bu linkə keçid etməklə petisiyaya qoşulmaq olar. (Qafqazinfo.az) 

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynalı komandan: Rusiya bu beş istiqamət üzrə zəiflədilməlidir

Ukraynalı komandan: Rusiya bu beş istiqamət üzrə zəiflədilməlidir

Yaltada 19 gündür işıq yoxdur: Sakinlər şikayət edir - VİDEO

Yaltada 19 gündür işıq yoxdur: Sakinlər şikayət edir - VİDEO

BMT-nin baş katibi ilk dəfə yəhudi əsilli qadın ola bilər

BMT-nin baş katibi ilk dəfə yəhudi əsilli qadın ola bilər

Rusiya yenidən “Naftoqaz”ın Ukraynadakı obyektlərinə zərbələr endirdi

Rusiya yenidən “Naftoqaz”ın Ukraynadakı obyektlərinə zərbələr endirdi

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO