ABŞ məhkəməsi keçmiş prezident Donald Trampın sabiq müşaviri Stiv Bennona Konqresə hörmətsizlik etdiyi üçün 4 aylıq həbs cəzası verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Bennonun Kapitoliyə hücum ilə bağlı ifadə verməkdən imtina etməsi hörmətsizlik kimi qiymətləndirilib.
Bennon cəzasını federal həbsxanada çəkmək şərtilə 4 ay müddətinə azadlıqdan məhrum edilib və eyni zamanda 6 500 dollar məbləğində cərimələnib.
Bizim.Media