Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinə direktor əvəzi təyin olunub.
Bizim.Media xəbər verir ki, “yenisabah.az”ın əldə etdiyi xəbərə görə, bu barədə akademiyanın prezidenti İsa Həbibbəyli sərəncam imzalayıb.
Sərəncama əsasən, mərkəzin direktoru vəzifəsinin icrası filologiya elmləri doktoru, dosent Kamil Adışirinova həvalə edilib.
O, Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavinidir.
Qeyd edəki ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin sabiq direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürov cari ilin 28 aprel tarixində 78 yaşında vəfat edib.

Bizim.Media