ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında istehsal olunan minik və yük avtomobilləri üçün gömrük rüsumlarının 25%-ə qaldırıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Məmnuniyyətlə bildirmək istəyirəm ki, Avropa İttifaqı ticarət sazişimizin şərtlərinə əməl etmədiyi üçün gələn həftə ABŞ-a idxal olunan minik və yük avtomobillərinə görə Aİ-dən tutulan rüsumları artıracağam. Rüsumlar 25%-ə qədər artırılacaq", - Ağ Ev rəhbəri qeyd edib.
Bununla yanaşı, Amerika lideri əlavə edib ki, Avropa şirkətləri tərəfindən ABŞ ərazisində istehsal olunan avtomobillərə bu rüsumlar şamil edilməyəcək.
Bizim.Media