Hazırda ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulan və reanimasiyada həyat mübarizəsi aparan həkim Asif Nəsirlinin ölkədə yeganə uşaq radioloqu olduğu üzı çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə yazıçı Günel Natiq qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL
Uzun müddətdir onkoloji xəstəlikdən müalicə alan tanınmış yazıçı bildirib ki, bu, böyük boşluq yarada bilər:
“Asif Nəsirli yeganə uşaq radioloqu imiş. Bilirsiniz, o qatil nə qədər insana zərər verdi? Heç kim heç nədən sığortalanmayıb. Sabah kiminsə belə bir ehtiyacı yarananda və mütəxəssis tapılmayanda, yəqin ki, sakitcə indi olduğu kimi “Olur belə şeylər, haqq etmişik” deyəcək”.
Asif Nəsirlinin həyatı da hamar olmayıb. Mediada yayılan məlumata görə, o, bir neçə il əvvəl ağır əməliyyat keçirib, həyatla ölüm arasında qalıb.
Xatırladaq ki, Milli Onkologiya Mərkəzinin Şradiologiya şöbəsində partlayış ötən gün baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü xəstə Mübariz Sahib oğlu Əliyev üzərində gətirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirov ağır yaralanıb.
M.Əliyev özü isə ölüb.
Bizim.Media