Ağdam rayonunun Xıdırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media