Rusiya ordusu Odessa vilayətinə zərbə endirib. Nəticədə səkkiz nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb.
Qurumdan bildirilib ki, yaşayış binalarına və heyvan sığınacağına ziyan dəyib, yanğınlar baş verib.
Həmçinin istehsal müəssisəsi, anbarlar, məktəb, yataqxana, eləcə də sərnişin və yük nəqliyyat vasitələri zədələnib.
Fövqəladə Hallar Xidmətinin əməkdaşları bütün yanğınları söndürüblər.







Bizim.Media