“Mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb”.
Bu barədə Bizim.Media-ya Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, Qarabağ Universitetində idman müəllimi işlədiyi iddia olunan Faiq Məmmədovun dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media