Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Son günlər Türkiyə sosial mediasında Azərbaycanın İsraillə iqtisadi və siyasi əlaqələri üzərindən böyük qarayaxma kampaniyası aparılır. Lakin bu kampaniyanı aparanlar önəmli bir məsələni nədənsə “unudurlar”. Söhbət Türkiyə-İsrail iqtisadi əlaqələrindən gedir.

Hər nə qədər Türkiyə rəsmi olaraq 2024-cü ilin mayında İsraillə ticarət əlaqələrini dayandırdığını iddia etsə də, faktlar tam əksini göstərir.

Türkiyə-İsrailin 9,5 milyardlıq ticarət əlaqələri

Türkiyə ilə İsrail arasında uzun illər ərzində böyük ticarət əlaqələri formalaşıb. Türkiyə Ticarət Nazirliyinin rəsmi məlumatına görə, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi təxminən 9,5 milyard dollar, 2023-cü ildə isə 7 milyard dollar olub.

2024-cü ildə Türkiyə tərəfi İsraillə ticarətə qadağa qoyduğunu elan etsə də, iqtisadi əlaqələr davam edib.

Belə ki, ötən il dünyaca nüfuzlu “Əl-Cəzirə” nəşrində 2024-cü il üzrə İsrailin xarici ticarət əlaqələrinə dair araşdırma məqaləsi dərc olunub. Sözügedən məqalədə İsrailin ən çox məhsul ixrac və idxal etdiyi ölkələrin siyahısı yer alıb. Həmin siyahıya əsasən, Türkiyə İsrailə ən çox məhsul ixrac edən ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb. Statistikaya görə, 2024-cü ildə Türkiyədən İsrailə 2,868 milyard dollarlıq məhsul ixrac olunub.
 

Müqayisə üçün bildirək ki, Azərbaycan həmin siyahıda ilk 15-likdə belə yoxdur.


İsrail şəhərlərini bəzəyən “Yılmazlar Construction Group”

İsraildə uzun illərdir fəaliyyət göstərən Türkiyə şirkətləri mövcuddur. Həmin şirkətlərdən biri də “Yılmazlar Construction Group”dur.

Adıçəkilən Türkiyə şirkəti İsraildə təxminən 40 ildir fəaliyyət göstərir. Şirkətin İsraildə həyata keçirdiyi layihələr arasında Hayfa limanı, Bloomfield stadionu, “Azrieli Town”, “Electra Landmark”, İsrail Milli Kitabxanası və çoxsaylı yaşayış, biznes kompleksləri var.

Üstəlik, şirkətin öz açıqlamasında bildirilir ki, 2026-cı ildə də Türkiyədən İsraildəki layihələrinə işçi qrupları göndərib. Yəni şirkət İsraildə fəaliyyətinə əvvəlki qaydada davam edir.

İsrail piştaxtalarında Türkiyə məhsulları

Bundan əlavə, hazırda İsrail mağazalarında Türkiyə məhsullarının açıq şəkildə satışı davam edir.

İsrailə məhsul ixrac edən Türkiyə şirkətlərindən biri “Paşabahçe”dir. 1935-ci ildə yaradılmış “Paşabahçe” dünyada şüşə qablar və ev əşyaları istehsalı üzrə aparıcı brendlərdən biridir. İstehsalat fəaliyyətinə Türkiyənin ilk şüşə fabriki kimi başlayan şirkət, hazırda “Şişecam Group”un tərkibində fəaliyyət göstərir.
 

Şirkətin İsraildə satılan məhsullarının üzərində həm ivrit, həm də türk dillərində məlumatların qeyd olunduğu görünür. Bu isə məhsulların İsrail bazarında satış üçün nəzərdə tutulduğunu göstərir.


Azərbaycanı hədəf alanların susduğu həqiqət

Göründüyü kimi, Türkiyənin İsraillə ticarət əlaqələri ilə bağlı faktlar yetərincədir. Amma Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən, bunu bəhanə gətirib, Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar sözügedən faktlara səslərini belə çıxarmırlar. Bəli, Azərbaycanın İsraillə ticarət əlaqələri var və rəsmi Bakı bunu gizlətmir. Amma rəsmi Ankara üzdə ticarət əlaqələrini dayandırdığını elan etsə də, əslində Türkiyə şirkətləri İsraillə əməkdaşlığa davam edir.

Əgər bu gün Azərbaycanı hədəf alanlar həqiqətən də, Qəzza məsələsinə belə can yandırırlarsa, Türkiyə şirkətlərinin İsraildəki fəaliyyətini də işıqlandırmalı, tənqid etməlidirlər. Ancaq onlar susmağı seçirlər.

Bütün bu faktların gözardı edilməsi fonunda Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında hansı niyyətlərin olduğunu və haradan maliyyələşməsini təxmin etmək çətin deyil.


Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

End of content

No more pages to load

RADİO