Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.
Bizim.Media xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Röyal Nəcəfovla müqavilə imzalanıb.
Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.
Bizim.Media