"Putin rejimi Ukraynanın ən böyük elmi-tədqiqat müəssisəsinə zərbə endirib”.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.
"Bu zərbələr Rusiya rejiminin elmə və həqiqətə qarşı düşməncəsinə laqeydliyinin daha bir nümunəsidir. Onlar ukraynalı mülki şəxslərin hər gün məruz qaldığı zərbələrin yaratdığı vəhşiliyi daha da artırır. Biz zərərçəkənlərin və onların ailələrinin acısını bölüşürük. Fransa və Avropa, nə qədər vaxt tələb olunursa-olunsun, cəsarətlə müqavimət göstərən Ukrayna xalqının yanında dayanacaq", - deyə o əlavə edib.

Bizim.Media