Bakı sakini Qubada ağacdan yıxılıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb. Qardaşıgilə qonaq gələn 53 yaşlı İsmət Firudin oğlu Mustafayev qoz ağacından yıxılaraq yerindəcə ölüb.
Faktı Quba Rayon Prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu