ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Miçiqan ştatının Bler dairəsində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb.
Qəza yerli vaxtla təxminən saat 14:00-da baş verib. Təyyarənin pilotu qırıcı yerə çırpılmazdan əvvəl katapult edə bilib və xilas olub.
Yerə endikdən sonra pilot xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.
Bizim.Media