NATO paraşütçüləri güclü külək səbəbindən təlim zamanı ağacların üzərinə düşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə "RTL" telekanalı məlumat yayıb. Hadisə Belçikanın Limburq əyalətinin Hextel-Eksel bələdiyyəsində baş verib.
"Beynəlxalq “Falcon Leap” təlimində iştirak edən beş paraşütçü güclü külək axınına düşüb və bu səbəbdən ağacların üzərində asılı qalıblar", - deyə materialda bildirilib.
Hadisə nəticəsində ABŞ, Böyük Britaniya və Almaniyadan olan hərbi qulluqçular xəsarət alıblar. Hərbçilərdən birinə xilasedicilərin köməyi olmadan aşağı enmək müyəssər olub. İki paraşütçü isə ağır yaralanıb və xəstəxanaya çatdırılıb.
Bizim.Media