Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Avropa İttifaqına üzv olmaq niyyəti ilə bağlı Moskvanın mövqeyini bir daha açıqlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onların görüşü sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçiriləcək.
“Prezident, əlbəttə ki, bu görüşdən istifadə edərək arqumentlərimizi bir daha ortaya qoyacaq”, – Peskov deyib.
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri də daha əvvəl Ermənistanın Avropa İttifaqına üzvlük və Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməsini referendum yolu ilə müəyyənləşdirməsini təklif ediblər.
Bizim.Media