Odessada təhlükəsizliklə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sakinlər pilotsuz uçuş aparatlarına (PUA) yaxınlaşmaqda davam edirlər.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə insanların təhlükəli vəziyyətə baxmayaraq dronların olduğu əraziyə yaxınlaşdığı əks olunub.
Mütəxəssislər və hüquq-mühafizə orqanları partlamamış və ya zədələnmiş PUA-ların ciddi təhlükə yaratdığını bildirərək, vətəndaşları onlardan uzaq durmağa və belə hallarda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırlar.
Bizim.Media