ABŞ vətəndaşı Tommi Çerri Rubik kubikini gözləri bağlı cəmi 11,56 saniyəyə yığaraq bu kateqoriya üzrə dünya rekordunu yenidən öz adına yazdırıb.
Bizim.Media xəbər verir ki, Çerri bununla əvvəlki rekordunu geri qaytarıb və gözləri bağlı Rubik kubikinin yığılması üzrə ən sürətli nəticəyə imza atıb.
Bu növ yarışlarda iştirakçılar əvvəlcə kubiki yadda saxlayır, sonra isə gözləri bağlanmış vəziyyətdə onu ən qısa vaxtda həll etməyə çalışırlar.
Bizim.Media