Yunanıstanda meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edən iki yanğınsöndürmə helikopteri havada toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə helikopterlərin yanğınsöndürmə işləri apardığı vaxt baş verib. Toqquşma nəticəsində helikopterlərdən biri havada dağılıb.
Yerli KİV-lərin məlumatına görə, hər iki helikopterdə iki nəfər olub.
Hadisə nəticəsində ölən və yaralananlarla bağlı dəqiq məlumat hələ açıqlanmayıb.
Bizim.Media