Ukraynanın bəzi yanacaqdoldurma məntəqələrində bir nəfərə satılan dizel yanacağının həcminə məhdudiyyət qoyulub.
Bizim.Media xəbər verir ki, Delo.ua nəşrinin məlumatına görə, bir neçə yanacaqdoldurma şəbəkəsi, əsasən magistral yollar üzərində yerləşən məntəqələrdə bir müştəriyə 50-100 litr dizel satışı limiti tətbiq edib.
Məsələn, OKKO şəbəkəsinin bəzi yanacaqdoldurma məntəqələrində bir dəfəyə maksimum 100 litr dizel almaq mümkündür.
Bildirilir ki, buna səbəb yükdaşıma şirkətləri tərəfindən dizelə tələbatın kəskin artmasıdır. Qiymət fərqinə görə daşıyıcılar hazırda yanacağı topdansatışla deyil, adi yanacaqdoldurma məntəqələrindən almağa üstünlük verirlər.
Nəşr qeyd edir ki, hazırda ölkədə yanacaq qıtlığından söhbət getmir. Bununla belə, bəzi bölgələrdə müvəqqəti satış məhdudiyyətləri və tədarükdə fasilələr yarana bilər.
Bizim.Media