Ukrayna Prezidenti Volodimir Zelenski Bryansk vilayətində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı və buraxıldığı bazaya zərbə endirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Zelenski bununla yanaşı, Saratov neft emalı zavoduna, "Engels" hərbi aerodromuna və Kaluqa vilayətində yerləşən "Lyudinovskaya" neft bazasına endirilən zərbələri də təsdiqləyib.
Ukrayna lideri qeyd edib ki, bu əməliyyatlar Rusiyanın hərbi-logistika imkanlarını zəiflətməyə yönəlib.
Bizim.Media