Rusiya ordusunun Zaporojyeyə idarəolunan aviasiya bombası (KAB) ilə endirdiyi zərbə nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Bundan əlavə, xilasedicilər dağıntılar altından bir qadını sağ çıxarmağa müvəffəq olublar.

Bizim.Media