ABŞ-li bioloq Emili Morrison bədəninə 106 köpəkbalığı döyməsi etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə New York Post nəşri məlumat yayıb.
Bildirilib ki, Emili həyatını köpəkbalıqlarının öyrənilməsinə həsr edib. Maraqlıdır ki, o, uşaqlıqda "Çənələr" (Jaws) filmini izlədikdən sonra bu canlılardan ciddi şəkildə qorxurmuş.
Lakin atasının təşviqi ilə köpəkbalıqları haqqında daha çox məlumat əldə etdikcə qorxusu tədricən maraq və sevgiyə çevrilib.
Hazırda bioloqun bədənində 71 müxtəlif köpəkbalığı növünü əks etdirən 106 döymə var. O, həmçinin köpəkbalıqları ilə birlikdə üzür, dalğıc turları təşkil edir və unikal döymə kolleksiyasını genişləndirməyə davam edir.


Bizim.Media