ABŞ-ın Sietl şəhərində yerləşən Seattle Center mədəniyyət və əyləncə kompleksində baş verən silahlı insident nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Yaralananların hamısı bədənlərinin müxtəlif nahiyələrindən güllə yarası alıb. Onlardan dördü xəstəxanaya çatdırılıb. Yüngül xəsarət alan 40 yaşlı qadın isə hospitalizasiya olunmaqdan imtina edib.
Bildirilib ki, atışma zamanı kompleksdə iri qastronomiya festivalı keçirilirdi.
Bizim.Media