Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.
Bu barədə Bizim.Media-ya Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Qeyd edək ki, Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu.
Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunmuşdu.
Fəridə, Bizim.Media