“2025-ci ildə Lənkəran Tarix-Diyarşunaslıq Muzeyini 75 mindən çox turist ziyarət edib”.
Bizim.Media xəbər verir ki, bunu Muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova Azərbaycan Dövlət Turizm Agentliyinin Lənkəran şəhərinə təşkil olunmuş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Muzey rəhbəri xarici turistlərin muzeyə böyük maraq göstərdiklərini qeyd edib:
"Onları muzey həm xanın mülkü kimi, həm də bizim tarixi keçmişimizi əks etdirən əşyalar, sərgilənən eksponatlar cəlb edir".
O, muzeydə 13 minə yaxın eksponatın mövcud olduğunu bildirib:
"Muzeydə bir neçə il öncə 10 min eksponat sərgilənirdi, indi eksponatların sayı 12 min 500 təşkil edir".
Qeyd edək ki, Lənkəran Tarix-Diyarşunaslıq Muzeyi 1924-cü ildən Lənkəran rəsmi olaraq fəaliyyətə başlayıb və 1991-ci ildən Mir Əhməd xanın sarayına köçürülür. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır.









Günay Şahmar, Bizim.Media