Gəncənin mərkəzi küçəsində zibillərin daşınmamasının günahkarı kimdir? – ARAŞDIRMA

Bu günlərdə bəzi sosial şəbəkələrdə Gəncənin Nağıbəy Şeyxzamanov küçəsində, şəhərin Mərkəzi Univermağının yaxınlığında yerləşən zibil qablarının dolub-daşması, tullantıların ətrafa yayılması, ərazidə xoşagəlməz görüntü yaranması ilə bağlı xəbərlər yayılıb.Həmin məlumatda sakinlər məişət tullantılarının vaxtı-vaxtında daşınmaması ilə bağlı şikayətlər də yer alıb.

Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosu Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət edib.

Qurumdan bildirilib ki, qeyd olunan küçədə “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi və həmçinin Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzildən binanın sakinlərinin məişət tullantılarının toplanması və bərk məişət tullantılarının daşınması, zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi məqsədilə obyektin yaxınlığında tutumu 1,1 kubmetr olan 6 ədəd konteyner yerləşdirilib. Həmin konteynerlərdən tullantıların mütəmadi olaraq, hər gün daşınması təmin edilir.

Bu xidmətin keyfiyyətli və mütəmadi reallaşdırılması məqsədilə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 01.01.2020-ci il tarixində aylıq 1000 manat xidmət haqqı nəzərdə tutulmaqla müqavilə bağlanıb.
 

Birliyin 1C ödənişlərə nəzarət proqramında əks olunan məlumatlara əsasən, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi tərəfindən 01.01.2020-ci il tarixindən etibarən xidmət haqqı üzrə bəzi aylarda ödənişlər həyata keçirilməmiş, xüsusilə 2026-cı ilin fevral ayından etibarən 7 aylıq xidmət haqqı üzrə hər hansı ödəniş edilməyib. 2020-ci ildən bugünə kimi Birlik tərəfindən mütəmadi olaraq hər gün “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinə xidmət göstərilir.


Nəticədə, göstərilmiş bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə həmin obyekt üzrə ümumilikdə 18267,84 manat məbləğində debitor borc yaranıb. Yaranmış debitor borcun ödənilməsi ilə bağlı “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyinə dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər edilmiş, borcun ödənilməsi zərurəti diqqətə çatdırılıb. Lakin edilmiş müraciətlərə baxmayaraq, mövcud debitor borc bu günədək əsassız şəkildə ödənilməyib.

Qurumdan onu da əlavə ediblər ki, 2025-ci ilin dekabr ayında “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin daxilində fəaliyyət göstərən bir sıra satış obyektlərinin fəaliyyəti dayandırılaraq həmin ərazidə “Tam Store” MMC tərəfindən iri həcmli market fəaliyyətə başlayıb.

Bununla əlaqədar, “Tam Store” MMC ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 15.12.2025-ci il tarixindən aylıq 450 manat xidmət haqqı müəyyən edilməklə ayrıca müqavilə bağlanıb.

Qeyd olunanlarla əlaqədar “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyi tərəfindən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəsmi müraciət edilərək, “Tam Store” MMC ilə ayrıca müqavilə bağlanmasını əsas gətirməklə, obyekt üzrə aylıq xidmət haqqının 1000 manatdan 750 manata endirilməsi xahiş edilib. Müraciət nəzərə alınaraq, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi üzrə aylıq xidmət haqqı 1000 manatdan 750 manata endirilib.
 

“Aylıq xidmət haqqının azaldılmasına və Birlik tərəfindən bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin mütəmadi olaraq göstərilməsinə baxmayaraq, həmin obyekt tərəfindən xidmət haqqı üzrə ödənişlər əsassız şəkildə hələ də həyata keçirilməyib” deyə birlikdən əlavə ediblər.


İki qurum arasında yaranan böyük borcun aradan qaldırılması məqsədilə birliyin hüquqi əsasda aidiyyəti orqanlara müraciət edəcəyi nəzərdə tutulub.

Kommunal Birlikdən onu da əlavə etdilər ki, aparılan hesablamalara əsasən, Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzil üzrə vətəndaşların da bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə ümumilikdə 4288 manat məbləğində debitor borc yaranıb:

“Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir daha əhali və qeyri əhali qrupundan xahiş edir ki, bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə, aylıq ödənişlər, həmçinin yaranan debitor borclar vaxtında ödənilsin. Belə olan halda MKTİB fəaliyyətində bu kimi axsamalar müşahidə olunmaz”, - deyə Birlikdən Bizim. Media-nın yerli bürosuna bildirilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı- Video

Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı- Video

Gəncənin mərkəzi küçəsində zibillərin daşınmamasının günahkarı kimdir? – ARAŞDIRMA

Gəncənin mərkəzi küçəsində zibillərin daşınmamasının günahkarı kimdir? – ARAŞDIRMA

Aldatmaq asan deyil:Bu 4 bürc yalanı tez hiss edir

Aldatmaq asan deyil:Bu 4 bürc yalanı tez hiss edir

100-dən çox yaşı var, bir ildə 75 min turist ziyarət edib – FOTO

100-dən çox yaşı var, bir ildə 75 min turist ziyarət edib – FOTO

Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ – Sabah son gündür

Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ – Sabah son gündür

Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”

Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”

Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)

Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)

Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?

Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?

Bu bürclər üçün yeni gəlir qapısı açılır

Bu bürclər üçün yeni gəlir qapısı açılır

Riyaziyyatçılar 200 ildir cavab axtarırdı - Süni intellekt 88 saata HƏLL ETDİ

Riyaziyyatçılar 200 ildir cavab axtarırdı - Süni intellekt 88 saata HƏLL ETDİ

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

End of content

No more pages to load

RADİO