Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb – FOTO

Sentyabrın 4-də Almatı şəhərində fəaliyyət göstərən Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyində görkəmli alim, xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisinin açılışı olub.

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası əsasında hazırlanmış ekspozisiyada XIX–XX əsrlərə aid sənət nümunələri təqdim olunacaq.
 
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin təşkilatçılığı ilə keçirilir.
 

Sərginin əsas hissəsini xalqımızın zəngin milli irsinin regional xüsusiyyətlərini və bədii müxtəlifliyini əks etdirən Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları təşkil edəcək. Ekspozisiyada “Pirəbədil”, “Qabıstan”, “Suraxanı”, “Faxralı”, “Salahlı”, “Xanlıq” və “Mir” xovlu xalçaları, həmçinin kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar yer alıb.


 Ekspozisiyanın xüsusi bölməsində Azərbaycan Milli Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllifi olduğu eskizlər, eləcə də “İkinci bahar” və “Xətai” xalçaları təqdim edilir.
 
Xalça sənətinin müxtəlif istiqamətlərini nümayiş etdirən sərgidə məfrəş, xurcun, çul kimi xalça məmulatları, eyni zamanda bədii tikmə, zərgərlik və bədii metal nümunələri, milli qadın geyimləri də yer alıb.
 
“Zamanın nəfəsi xalq sənətində” sərgisi Azərbaycanın zəngin mədəni irsi, xalq sənətinin çoxəsrlik ənənələri və tarixi inkişafı haqqında ziyarətçilərdə dolğun təsəvvür formalaşdıracaq. 
 
Sərgi çərçivəsində Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Qazax və Azərbaycan xalqlarının dekorativ-tətbiqi sənəti: tarixi köklər, etnomədəni varislik və müasir inkişaf tendensiyaları” mövzusunda dəyirmi masa təşkil olunacaq. 
 
Sərgi oktyabrın 4-dək davam edəcək.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO