“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

“Bu gün çox üzücü bir gündür. Bütün sənət dünyasının başı sağ olsun. Türk kinosunun sütunlarından biri olan Kadir İnanırın dünyadan köçməsi bütün Türkiyə üçün çox ağır bir itkidir. Kadir bəyi yaxından tanıdığım üçün inanılmaz dərəcədə onun itkisinə üzgünəm. Türk dünyası böyük insanı və sənətkarını itirdi. 

Mən çox xoşbəxtəm ki, Kadir İnanırla iki layihədə görüşmüşəm. 

İlk tanışlığım bir reklam filmi idi. Orada həyat yoldaşı rolunu oynamışdım. Türkiyənin ilk reklamlarından biri olduğuna görə dəqiqəsi böyük idi. Demək olar ki, iki gün çəkildi. Mən orada iki böyük sənətkarla-həm Kadir İnanırla, həm də rejissor Sinan Çetinle görüşüb tanış oldum. 

Mənim ifa etdiyim rola görə çox sənətçi kastinq olunmuşdu, amma Kadir İnanır kimi bir sənətkarla çəkilmək mənim payıma düşdü. Kadir İnanır özü qərar vermişdi ki, onun həyat yoldaşı roluna mən çəkilim. 

O sadəcə həyat yoldaşı olaraq məni seçmişdi. Bu mənim üçün böyük xoşbəxtlik idi. 

Orada tanış olduq, azərbaycanlı olduğumu biləndə ölkəmiz haqda ağız dolusu danışdı və Bakıya gəlmək istədiyini bildirdi. Hətta məndən soruşurdu ki, “biz oralarda çoxmu tanınırıq?”. Deyirdim ki, əlbəttə ki, çox tanınıb və sevilirsiz. Fasilələrdə məndən Azərbaycan mahnıları oxumağımı xahiş edirdi. O qədər zəhmi var idi ki, ona “yox” deyə bilmirdim. 2 gün boyunca mən ona mahnılar oxudum”.

Bizim.Media xəbər verir ki, bunu “moderator.az”a açıqlamasında Türkiyədə yaşayan tanınmış aktrisa, Əməkdar İncəsənət xadimi Məlahət Abbasova deyib. O daha sonra əlavə edib:

“Uzun illərdən sonra mən onunla birlikdə “Dərman bəy” serialında çəkildim. Yenə də orada çəkilən aktyorlara Kadir İnanır qərar vermişdi. Kino sahəsində onun bir çəkisi var idi. Kadir İnanırın sözünün qarşısında heç kim bir kəlmə deyə bilməzdi. O kimi seçirdisə o da çəkilirdi. Kastinq şirkətindən mənə demişdilər ki, Kadir bəy sənin şəkilini görəndə “aa, bu Azərbaycan qızıdır, bacımı oynaya bilər” demişdi. Orada da Kadir bəyin razılığı olmuşdu. 

Onunla təkrar qarşılaşdıq, məni görəndə inanılmaz dərəcədə sevindi. Biz 1 ilə yaxın Quşadasında çəkilişlərdə olduq. Axşamlar otelin foyesində bütün yaradıcı kollektivlə söhbətlərimiz olurdu. Bu serialda Nəbahət Çəhrə, Haluk və Can bəy və s. aktyorlar da çəkilirdi. Kadir bəyin bacısı rolunu oynamaq mənim üçün böyük qürur idi” deyə o bildirib.

Aktrisa Kadir İnanırın ömrünün son illərindən də danışıb:
 

“Kadir bəy çox zəhmli bir insan idi. Kaprizləri var idi. Onun sözünün qabağında heç kim heç nə deyə bilməzdi. O çəkilişə gələndə meydançada sakitlik olurdu. İnsanlara sayğısı böyük idi. Kadir bəyin o görünüşündən çəkinirdim. Amma Allahından məni çox istəyirdi. 

Bir gün də serial çəkilişində nəsə baş vermişdi, çox əsəbi idi. Məni yenidən çağırıb dedi ki, “çox əsəbiyəm, mənə bir Azərbaycan mahnısı oxu”. Mən də bir az qorxdum, daha sonra onun üçün mahnı oxudum. Çəkiliş kollektivi də onun xasiyyətini bilirdi. Zarafatca mənə deyirdilər ki, “gördün əsəbləşir, bir Azərbaycan mahnısı oxu sakitləşsin”. 

Təsəvvür edirsiz, bir ilin içində bəlkə də “Ayrılıq”, “Pəncərədən daş gəlir”, “Sarı gəlin”, “Daşlı qala” mahnılarını onun üçün 70 dəfə oxumuşdum. Onun həyat yoldaşı Jülide Kural da bizim teatrın aktrisasıdır. Julide xanımın vasitəsilə ona tez-tez salam göndərirdim. Yanına getmək istəyirdim, hətta yoldaşına da zəng edəcəkdim. Amma bilirdim ki, çox çəki atdığına görə heç kimlə görüşmək istəmirdi. Heç kimin onu bu vəziyyətdə görməsini istəmirdi. Onun məsləhətləri, tövsiyyələri üçün çox darıxacam” deyə Məlahət Abbasova deyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO