Xanımının vəfatından sonra ölkədən getmişdi- 94 yaşını xəstəxanada qeyd edir

Bu gün Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Tofiq Mirzəyevin 94 yaşı tamam olur. O, hazırda İsraildə yaşayır.

Bizim.Media xəbər verir ki, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman “qafqazinfo.az”a açıqlamasında Xalq artisti ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, Tofiq Mirzəyev səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanada müalicə alır. Bu baxımdan 94-cü doğum gününü tibb müəssisəsində qarşılayır. İki həftə öncə xəstəxanaya yerləşdirilən sənətkarın vəziyyəti stabildir. Yaxın zamanda evə buraxılması gözlənilir. 
 

1932-ci il iyunun 16-sı Gədəbəydə anadan olan sənətkarın anası Bella İlyişina yəhudiəsilli olsa da, ailə uzun illər Azərbaycanda yaşayıb. Müharibə illərində ailəsi ilə birlikdə Gədəbəydə yaşayan Tofiq Mirzəyev hələ 12-13 yaşlarından klarnet ifaçılığı üzrə musiqi təhsili almağa başlayıb.


Orta məktəbi bitirdikdən sonra Moskvada Konservatoriyanın nəzdində fəaliyyət göstərən filarmoniya məktəbində, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində təhsil alıb. Onun istedadını yüksək qiymətləndirən görkəmli dirijor Niyazi gənc musiqiçini Dövlət Simfonik Orkestrinə dəvət edib. Tofiq Mirzəyev uzun müddət orkestrin tərkibində Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, eyni zamanda klassik musiqi ilə yanaşı, caza da böyük maraq göstərib.

Yəni o, yaradıcılıq fəaliyyətinə aktyor kimi deyil, musiqiçi kimi başlayıb. Uzun illər klarnet ifaçısı kimi fəaliyyət göstərsə də, 1960-cı ildə səhhətində yaranan ciddi problemlər səbəbindən ağır xəstələnib. Həkimlərin qəti qadağasından sonra musiqi fəaliyyətini dayandırmağa məcbur qalan T.Mirzəyev taleyini kinoya bağlayıb.

Onun kinoda ilk işi rejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmi olub. Filmdə yaratdığı Rüfət obrazı aktyora böyük tamaşaçı sevgisi qazandırıb. Bundan sonra Tofiq Mirzəyev 35-dən çox filmdə rol alıb. O, yalnız “Azərbaycanfilm” kinostudiyasında deyil, həmçinin “Mosfilm” və Dovjenko adına kinostudiyada da çalışıb. Sənətkar “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.
 

Tofiq Mirzəyev rejissor kimi də məhsuldar fəaliyyət göstərib. O, Fikrət Əmirov, Nazim Rzayev, Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında portret filmlər və televiziya proqramları hazırlayıb.


Sənətkar məşhur “Qaya” vokal qrupunun yaradıcılarından və solistlərindən biri olmuş Teymur Mirzəyevin qardaşıdır. O, həmçinin Xalq yazıçısı Anarın ailəsinə qohumluq əlaqələri ilə bağlı olub. Tofiq Mirzəyev Anarın həyat yoldaşı Zemfira xanımın bacısı, tanınmış kinoşünas Elmira Səfərovanın həyat yoldaşı idi.

Xanımı Elmira Səfərovanın vəfatı Tofiq Mirzəyevin həyatında ağır iz buraxıb. Bu itkidən sonra o, Bakını tərk edərək İsrailə köçüb və uzun illərdir həmin ölkədə yaşayır. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. Teymur adlı bir oğlu var. 

2022-ci ildə sənətkarın 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev onunla bağlı iki sərəncam imzalayıb. Həmin sərəncamlarla sənətçiyə “Xalq artisti” fəxri adı verilib, “Şöhrət” ordeni ilə təltif edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO