Flora Kərimovanın səhhəti ilə əlaqədar konsert təxirə SALINDI - FOTO

Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə layihənin təşkilatçıları tərəfindən  məlumat yayılıb.

Müraciətdə deyilir:

“Hörmətli tamaşaçılar, media nümayəndələri və Azərbaycan musiqisinin dəyərli sevərləri!
Respublikanın Xalq artisti, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, milyonlarla insanın sevgisini qazanan Flora Kərimovanın səhhəti ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Ocaq Müstəqil Sənət Mərkəzi və layihənin təşkilatçıları tərəfindən əvvəlcədən 20 iyun tarixinə planlaşdırılmış "Bakı Gecələri" konsertinin 12 sentyabr  saat 20:00 2026-cı il tarixinə keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bu qərar yalnız təşkilati xarakter daşımır.

Bu, ilk növbədə Azərbaycan musiqisinə, milli səhnəmizin canlı əfsanəsinə və böyük sənətkar Flora Kərimovaya göstərilən hörmətin ifadəsidir.

Flora Kərimovanın onilliklər boyu yaratdığı sənət irsi, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və xalqımızın qəlbində qazandığı müstəsna yer nəzərə alınaraq, tədbirdə iştirak edən sənətçilər və təşkilatçılar yekdil qərara gəliblər ki, bu möhtəşəm musiqi gecəsi onun iştirakı və sağlamlığı ilə bağlı ən xoş xəbərlərin fonunda keçirilməlidir.
 

İnanırıq ki, minlərlə tamaşaçı kimi biz də Flora xanımı yenidən səhnədə görmək, onun səsini, enerjisini və sənət nəfəsini hiss etmək arzusundayıq. Məhz buna görə proqram sentyabr ayına keçirilib və həmin tarixdə daha geniş tərkibli, daha möhtəşəm bir qala-konsert təqdim olunacaq.


Konsert proqramında Azərbaycan musiqisinin tanınmış nümayəndələri, xalq artistləri və sevilən sənətçilər iştirak edəcəklər. Tamaşaçıları Bakı musiqi mühitinin ən gözəl ənənələrini özündə birləşdirən, unudulmaz və duyğulu bir sənət axşamı gözləyir. Əvvəlcədən alınmış bütün biletlər 12 sentyabr tarixində keçiriləcək konsert üçün tam qüvvədə qalır və dəyişdirilməsinə ehtiyac yoxdur.

Əminik ki, Azərbaycan musiqisinə dəyər verən hər bir tamaşaçı bu qərarı anlayışla qarşılayacaq və Flora Kərimovaya göstərilən mənəvi dəstəyə qoşulacaq.

Sonda böyük sənətkarımıza tezliklə tam sağalma arzulayır, ona möhkəm can sağlığı diləyirik.
Göstərdiyiniz anlayışa və dəstəyə görə hər birinizə təşəkkür edirik.

12 sentyabrda görüşənədək!”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

"Air India" təyyarəsi güclü burulğana DÜŞDÜ - VİDEO

"Air India" təyyarəsi güclü burulğana DÜŞDÜ - VİDEO

Bu kollecin dövlətə 10 min manat vergi borcu var

Bu kollecin dövlətə 10 min manat vergi borcu var

Rusiyada məhkumluğu olanlara vətəndaşlıq VERİLMƏYƏCƏK

Rusiyada məhkumluğu olanlara vətəndaşlıq VERİLMƏYƏCƏK

ABŞ və İran arasında yeni həmlə: "Qısamüddətli həll" danışıqları başladı

ABŞ və İran arasında yeni həmlə: "Qısamüddətli həll" danışıqları başladı

Füzulidə Araz çayı boyunca GÜCLÜ YANĞIN var

Füzulidə Araz çayı boyunca GÜCLÜ YANĞIN var

Bu tarixdən havalar dəyişir – İSTİLƏR BİTİR

Bu tarixdən havalar dəyişir – İSTİLƏR BİTİR

Doğuş Xoşqədəmin qısqanclığından danışdı - VİDEO

Doğuş Xoşqədəmin qısqanclığından danışdı - VİDEO

“Şamaxı” “Qəbələ”yə qalib gəldi

“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA

Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA

Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

“Yuventus”dan ayrıldı, bu kluba keçdi

“Yuventus”dan ayrıldı, bu kluba keçdi

14 yaşlı yeniyetmə kanalda batdı – Axtarışlara başlanıldı

14 yaşlı yeniyetmə kanalda batdı – Axtarışlara başlanıldı

Azərbaycanda ən populyar BRAUZER hansıdır?

Azərbaycanda ən populyar BRAUZER hansıdır?

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

End of content

No more pages to load

RADİO