Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi — FOTO/VİDEO

Amsterdamda keçirilən “Qırmızı Lalə” XI Avrasiya Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunub.

Bizim.Media xəbər verir ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə baş tutan xüsusi “Azərbaycan Günü”ndə rejissor Mirbala Səlimlinin böyük maraqla qarşılanan “Qırmızı bağ” filmi nümayiş etdirilib.
 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi filmlərin iştirakı ilə reallaşan bu mədəniyyət layihəsi yerli sənətsevərlərin və Avropa ictimaiyyətinin diqqətini çəkib. Tədbirin rəsmi açılışını edən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov qonaqları salamlayaraq festivalın əhəmiyyətindən, həmçinin Azərbaycan kinosunun tarixi inkişaf yolundan bəhs edib.


Baş katib Avropanın mərkəzində belə genişmiqyaslı mədəniyyət layihələrinin keçirilməsinin diaspor fəaliyyətinə və milli-mədəni irsimizin tanıdılmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Qırmızı Lalə Film Festivalının nümayəndəsi Bülent Eren də çıxışında festivalın beynəlxalq mədəni əlaqələrin güclənməsindəki rolunu vurğulayıb.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxışında Niderland və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə toxunub. Səfir iki ölkə arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdəki münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirərək, bu növ humanitar layihələrin xalqlararası yaxınlaşmada körpü rolunu oynadığını qeyd edib. Diplomat Azərbaycan kinosunun və sənətinin Avropada nümayişinin ölkəmizin mədəni diplomatiyasının uğuru olduğunu xüsusi vurğulayıb.
 

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasi İdarə Heyətinin üzvləri olan Niderland nümayəndəsi Ofelya Babayeva, Finlandiya nümayəndəsi Arzu Oktay və Almaniya nümayəndəsi Elxan Kərimovun yaxından iştirakı ilə ərsəyə gələn layihənin təqdimatını Ülkər Gül və Umut Dəmirdaş Azərbaycan və ingilis dillərində aparıblar. Gecədə festival rəhbərliyi, eləcə də “Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli daxil olmaqla media və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Gecənin bədii hissəsində Avropanın tanınmış musiqi kollektivlərindən olan Jozsef Lendva simli alətlər qrupu səhnə alıb. Musiqiçilərin ifasında səslənən Azərbaycan və Avropa klassiklərinin ölməz əsərləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Bu cür layihələr Azərbaycanın zəngin mədəni irsinin Avropada daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO