Sami Yusuf azərbaycanlı musiqiçilərlə Mərakeş səhnəsində - FOTO

Mərakeşin Fəs şəhərində 29-cu Dünya Sufi Musiqisi Festivalı çərçivəsində Azərbaycan əsilli dünyaşöhrətli musiqiçi Sami Yusufun iştirakı ilə konsert keçirilib.

Bizim.Media xəbər verir ki, Əlahəzrət Kral VI Məhəmmədin himayəsi ilə təşkil olunan festival çərçivəsindəki budəfəki konsert proqramı müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirən genişmiqyaslı sənət layihəsi kimi tamaşaçıların böyük marağına səbəb olub.
 

Sami Yusuf çıxışı zamanı ansamblında Türkiyə, Böyük Britaniya, Fransa, Çin, İordaniya, Azərbaycan və Mərakeşdən olan musiqiçilərin yer aldığını vurğulayaraq, yaradıcılığının universallığını və mədəniyyətlərarası dialoq ideyasını vurğulayıb.


Konsert proqramına ruhu oxşayan məzmunlu əsərlər, sufi motivləri, qədim musiqi irsinin elementləri və müasir kompozisiyalar daxil edilib.

Sami Yusufun “Mədəd”, “Mövlanə” və “Hasbi Rabbi” əsərlərinin ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, dinləyicilər bu əsərləri sənətçi ilə birlikdə səsləndiriblər.

Gecənin musiqi palitrasında azərbaycanlı musiqiçilərin iştirakı xüsusi yer tutub. Konsertdə azərbaycanlı musiqiçilər Məqsəd Əzizov (balaban), Zakir Vəliyev (tar), Elvin Novruzov (kamança) və İdris Hüseynovun (ud) virtuoz ifaları konsertin ümumi musiqi ahənginə üzvi şəkildə daxil olaraq proqramın bədii dəyərini daha da artırıb.

Konsertdən sonra Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov səhnə arxasında Sami Yusuf və Azərbaycandan gəlmiş musiqiçilərlə görüşüb. Səfir musiqiçilərin onların peşəkarlıqlarını yüksək qiymətləndirib və onlara möhtəşəm çıxışlarına görə təşəkkürünü bildirib.

Azərbaycanlı musiqiçilərin belə nüfuzlu beynəlxalq layihədə iştirakı ölkəmizin zəngin musiqi ənənələrinin və milli ifaçılıq məktəbinin dünya mədəniyyət məkanında layiqincə təmsil olunduğunu bir daha nümayiş etdirib.

Fəs Sufi Musiqisi Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir.

Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO