Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov Oslo şəhərində yerləşən "Konserthus" salonunda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir zamanı tanınmış musiqiçilər Tural Rafael və Ələfsər Rəhimovun rəhbərlik etdiyi caz kvartetinin konsertinin tam videosunu "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, diplomat paylaşımında "Odlar Yurdunun cazı Skandinaviya işıqları altında" sözlərini yazıb.
Qeyd edək k, Azərbaycan cazının milli musiqi elementləri ilə müasir improvizasiya ənənələrini birləşdirən ifalar qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
“Jazz from the Land of Fire under Nordic Lights”
— Zaur Ahmadov (@z_ahmadov) May 28, 2026
Full video of the concert held at Oslo Konserthus on the occasion of Independence Day pic.twitter.com/VmDrdU6UpN
Bizim.Media