“Molla Nəsrəddin” jurnalının irsi – Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Molla Nəsrəddin jurnalı – 120” panel müzakirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin müdiri Vüqar Əhmədin moderatorluğu ilə keçirilən tədbirdə “Molla Nəsrəddin” jurnalının yaranma tarixi, Azərbaycanın milli mətbuatındakı yeri və qayəsindən bəhs edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yazar Gülər Eldarın yeni kitabının təqdimatı KEÇİRİLİB - FOTO


Panel müzakirəsində çıxışında professor Cahangir Məmmədli bildirib ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının ən gözəl nümunələrindən biridir:

“Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı və publisisti Cəlil Məmmədquluzadə zamanın yaratdığı ağrıları, milli dərdlərimizi jurnalın hər nömrəsində oxucularına çatdırırdı. Bu jurnal Azərbaycan mətbuatı üçün böyük məktəbdir.

Elə bir məktəb ki, Azərbaycan mətbuatında yeni bir dövr yaratdı və dövrün reallıqlarını satirik üslubda oxucularına təqdim etdi”.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva qeyd edib ki, “Molla Nəsrəddin” jurnalının ərsəyə gəlməsində yalnız Cəlil Məmmədquluzadə deyil, dövrün görkəmli ədibləri - Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və başqalarının da xüsusi rolu və əməyi olub:

“Onların hər biri Azərbaycanın milli istiqlalı uğrunda fəalliyət göstərən böyük şəxsiyyətlər olub.

Jurnala qarşı senzuralar olsa belə, bu ədiblər bezib usanmadan xalqa xidmət göstəriblər. Senzuraların olması isə jurnalın cəsarətindən irəli gəlirdi. Bu ədiblər “Molla Nəsrəddin”i ürəklərinin qanı ilə yazıb”.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin elmi işçisi Şahanə Məmmədli – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin elmi işçisi Leyla Məmmədova çıxış edib.

“Jurnal vətən, xalq, ana dili anlayışını oxucularına çatdırıb və dövrün senzuralarından çəkinməyib. Biz əminik ki, Molla Nəsrəddinçi ədiblər və onların ideyaları əsrlər keçsə də, unudulmayacaq”.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.






Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO